İspaniyanın Barselona şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib.

“Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən ASB-nin sədri Kərim Kərimov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən biri olan Xocalı faciəsinin təkcə azərbaycanlılara deyil, əslində bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu, Xocalı sakini Əntiqənin erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılıdığı faktını qeyd edərək ermənilər tərəfindən bir gecədə belə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini qeyd edib.

Sonra tədbir Xocalı soyqırımı ilə bağlı müxtəlif mövzularda panellərlə davam edib. Panellərdə tədbir iştirakçıları Xocalı soyqırımı ilə bağlı tarixi faktlara əsaslanan mövzular ətrafında müzakirələr aparıblar.

Çıxışlardan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” adlı videoçarx nümayiş etdirilib.
#justiceforKhojaly #remeberKhojaly #ASBevents