Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Barselonada film nümayiş etdirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Barselonada film nümayiş etdirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Barselonada film nümayiş etdirilib.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”-nin təşkilatçılığı ilə Barselonada Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinə həsr edilmiş “Son İclas” bədii-sənədli filmi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyətindən danışıb.
Tədbir “Son İclas” filminin nümayişi ilə davam etdirilib və daha sonra tədbir iştirakçıları çay süfrəsinə dəvət olunub.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün ərsəyə gətirilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi bugünə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə – istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.

Xatırladaq ki, “Son iclas” filmi Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanıb.

#ASB #ASBevents #RepublicDayAzerbaijan #100years #Cümhuriyyət#100il #AXC