Müstəqillik günü ilə əlaqədar Barselonada tədbir keçirilib.

Müstəqillik günü ilə əlaqədar Barselonada tədbir keçirilib.

Müstəqillik günü ilə əlaqədar Barselonada tədbir keçirilib.

Oktyabr ayının 18-də İspaniya Krallığının Barselona şəhərində “Azərbaycanın Dövlət Müstəqilliyi günü” ilə bağlı tədbir keçirilib.
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycan və İspaniya dövlət himnlərinin səsləndirilməsi ilə başlanılıb.

Tədbirdə çıxış edən ASB sədri Kərim Kərimov “Azərbaycan Müstəqillik Günü” ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat verərək, Azərbaycanın daima beynəlxalq hüquq və normalara hörmətlə yanaşdığını və eyni əsaslarla Avropa ölkələrinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsinin zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən “Barselona Vəkillər Kollegiyası”nın üzvü hüquqşünas Javier Medina Ortiz Azərbaycanın Müstəqillik günü fonunda Azərbaycan-İspaniya arasında güclənməkdə olan dostluq əlaqələrindən danışaraq Dağlıq Qarabağ məsələsində ölkəsinin daima Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, tədbirə dəvət olunan rəsmi qonaqlar qismində Kataloniyanın Baş Prokuroru Francisco Bañeres, Kataloniyanın pul cinayətləri üzrə xüsusi prokuroru Pedro Ariche, Barselona Vilayət Məhkəməsinin sədri Antonio Recio, İspaniyanın Kataloniyadakı keçmiş hökumət nümayəndəsi Maria de los Llanos de Luna, Kataloniyanın işə qəbul üzrə komitə rəhbəri, leytenant polkovnik Bruno Alonso, FC Barselona İdarə Heyətinin üzvü Juan Manuel Trayter, Espanyol Futbol Klubunun keçmiş vitse-prezidenti Rafa Entrena, Mossos d’Esquadra’nın (xüsusi təyinatlı polis) keçmiş baş direktoru, Barselona Bələdiyyə Məclisi Üzvü, Generalitat İdman Baş katibi Albert Batlle, İspaniya Dövlət Şurasının üzvü, Kataloniya Parlamentində keçmiş millət vəkili və Madriddəki Deputatlar Konqresi üzvü Manuel Silva, İspaniyanın məşhur La Vanguardia qəzətinin redaktoru Santi Tarin, həmçinin La Vanguardia qəzətinin Digital direktoru Enric Sierra, jurnalist Tomas Guasch, Quique Guasch, bir sıra hüquqşünas və mətbuat nümayəndələri iştirak edib.

Tədbir zamanı həmçinin “Bakı Expo 2025” ilə əlaqəli kiçik video-çarx da nümayiş etdirlib.

Müstəqillik günün mübarək, Azərbaycan!

#ASB #ASBevents #MüstəqillikGünü #18Oktyabr #DíadelaIndependencia