ASB Missiyası

ASB MİSİYYASI

“Azerbaijani Society in Barcelona” – Barselonadakı Azərbaycanlılar cəmiyyəti Barselonada və ümumən Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı məqsədilə yaradılan azərbaycanlılar cəmiyyətidir. Rəsmi olaraq fəaliyyətimizə 2015-ci ilin fevral ayının 12-dən başlamışıq və 7 nəfərdən ibarət olan İdarə Heyətimizlə fəaliyyətimizi uğurla davam etdirməkdəyik.