Öz futbol karyerana Barselonada başla!

Öz futbol karyerana Barselonada başla!

Proqramın məqsədi Azərbaycanda, o cümlədən Rusiya, Ukraniya, Türkiyə, Qazaxıstan və Gürcüstanda futbolun inkşafı və həmin ölkələrdən olan gənc oyunçuların dünyanın ən əsas futbol şəhərlərindən biri olan Barselonada futbol karyeralarına başlamalarına dəstək olmaqdır.

Proqram A: Qrup səfərləri / Təlim və Sınaqlar

Konsepsiya. Bu proqram 20-ə qədər oyunçuya, eləcə də daha kiçik qruplara və fərdi oyunçulara yönəlmişdir. Proqramın məqsədi oyunçuların bacarıqlarını qiymətləndirmək, İspan Futbol metodologiyası ilə tanış etmək və onları yüksək futbol standartlarına uyğunlaşdırmaq məqsədilə texniki, taktiki, psixoloji və bədən tərbiyəsi təlimləri ilə təmin etməkdir.
Bu proqram fərdi və qrup təlimləri (səhərlər), yerli komanda ilə məşqlər (günorta), oyunçuların öz yaşıdları ilə dostluq oyunları (günortadan sonra) və seçilmiş gənc oyunçulardan ibarət yerli komandaların futbol matçlarına qatılmasını özündə cəmləşdirir.

Proqramın müddəti iştirak üçün müraciət edən qrupun/fərdi oyunçunun xahişinə uyğun ola bilər. Minimum qalma bir həftə nəzərdə tutulur, baxmayaraq ki, bu müddəti 10 günə və ya 2 / 3 həftəyə qədər uzatmaq məsləhətdir. Fərdi oyunçuların və qrupların müraciətinə əsasən daha uzun müddət də mümkündür.

Oyunçular üçün ideal yaş qrupu 11 və 17 yaş aralığıdır. Daha az yaşlı oyunçu qrupları da qəbul edilə bilər.

Mövcud əraziləmiz. Yerli klublar və məşqçilər aşağıdakı sahələrdə fəaliyyət göstərirlər:
* Barselona şəhəri
* Barselona Metropolitan ərazisi
* Costa Brava / Girona (Llagostera, Tossa de Mar)
* İbiza adası

Klublar.
Əsas / Initiativ yanaşma. Orta səviyyəli klublar  başlanğıc, uyğunlaşma və qiymətləndirmə məqsədləri üçün nəzərdə tutulur.
Elit səviyyə. Öz yaş kateqoriyasında hal-hazırda millidə ən yaxşı divizionda oynayan komandalar
Ulduz səviyyəsi. İspaniyanın Birinci Liqasında (Liga Santander)

Proqram B) Rəsmi mövsüm qeydiyyatı (fərdi qaydada)
Konsepsiya. Bu proqram, İspaniyanıda rəsmi olaraq futbol rəqabətinə qoşularaq  futbol karyerasını inkişaf etdirmək istəyən fərdi oyunçulara yönəlmişdir. Bu kimi oyunçuların və onların ailərinin yerli və beynəlxalq futbol qaydalarına, habelə immiqrasiya tələblərinə cavab verməsi üçün lazımı prosesduru optimallaşdırmaq məqsədilə peşəkar konsultasiya və xidmətlər təqdim edilir.

Oyunçular üçün ideal yaş kateqoriyası 11 və 17 yaş aralığıdır. 16 yaşınadək və AB üzvü olmayan futbolçular üçün FIFA qaydalarına əsasən ailə tələbləri nəzərə alınmalıdır.

Oyunçuların bacarıqlarını qiymətləndirmək və onlar üçün ideal komanda və klubun tapılması üçün müxtəlif klublarda təlimlər təklif olunur.

Oyunçulara futbol təmsilçiliyi təklif olunur

Bizimlə əlaqə yaratmaq və ya hər iki proqram haqqında daha ətraflı məlumat üçün  aşağıda yerləşdirilən anketi doldurmalısınız.
Anketi dolduran hər bir şəxslə individual olaraq tərəfimizdən əlaqə saxlanılacaq.