ASB Xatirə Kitabı, ASB-ni ziyarət edən qonaqların ASB haqqında dəyərli fikirlərinin yer aldığı “xatirə kitabı”dır.
XATİRƏ KİTABI

Hörmətli həmvətənlər!
“Azerbaijani Society in Barcelona”nın yaranmasının 3-cü ildönümü münasibətilə sizləri təbrik edir, ölkəmizin milli-mədəni dəyərlərinin təbliği istiqamətində göstərmiş olduğunuz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik.
Səmimi hörmətlə,
12 fevral, 2018 (ASB, 3-cü ildönümü tədbirindən)

Mən hal-hazırda Barselona şəhərindəyəm. Burada, Barselonada yaşayan azərbaycanlıların cəmiyyəti var - “Azerbaijani Society in Barcelona”. Baxmayaraq ki, o qədər də çox üzvü yoxdu amma çox fəal görsənirlər, müxtəlif tədbirlər keçirirlər, ölkəmizin maraqlarını daima güdürlər. Ona görə mən onlara müvəffəqiyyətlər arzulayıram və ümid varam ki, Azərbaycanın maraqlarını daima üstün tutacaqlar. Uğurlar Sizə!
2 mart 2018

Azerbeycanlı kardeşlerimi rahmetle ve saygıyla anıyorum, her zaman onların yanında olduklarımı bilsinler. Barış ve hüzur dolu bir dünya istiyoruz! Azerbeycana tüm sevgilerimle!
26 fevral 2017 (ASB, “ Xocalıya Ədalət” tədbirindən)

“Azerbaijani Society in Barcelona” vasitəsi ilə “Azərbaycan Evi” yaratmaq fikrini tam dəstəkləyib alqışlayıram. Bu ideyanın həyata keçirilməsində yaxından iştirak edəcəyik. Azərbaycan gənclərinin Barselonada ölkəmizi layiqincə təmsil etməsi məqsədi ilə fəaliyyətlərində uğurlar arzulayıram.
6 noyabr, 2015-ci il
