İspan dilini Barselonada öyrən

İspan dilini Barselonada öyrən

“Azerbaijani Society in Barcelona” (ASB) Barselonada fəaliyyət göstərən bir neçə ispan dil kursları ilə yaxından əməkdaşlıq etməkdədir. Əməkdaşı olduğumuz ispan dil kurslarında təhsil almaqla siz öz sahəsində professional olan müəllimlərdən ispan dilini öyrənməklə yanaşı, ispan və ispan dilli ölkələrin mədəniyyətini yaxından tanımış olacaqsınız. Ən əsası sıxıcı dərs mühitlərindən fərqli olaraq dərslərdən əlavə həftəlik müxtəlif tədbirlər və beynəlxalq mühit sizi ispan dilini qısa zamanda öyrənməyinizə motivasiya edəcəkdir.

Ən çox qarşılaşdığımız suallar:

Barselonada ispan dilində danışılmadığı doğrudurmu ?
Barselonada təhsil almaq üçün katalan dilində danışmaq vacibdirmi ?

Barselona İspaniyanın ən dinamik və rəngarəng şəhəri olmaqla yanaşı Paris, London kimi şəhərlərlə birlikdə avropanın ən çox turistlər tərəfindən ziyarət olunduğu bir şəhərdir. Sagradia Familia, Park Güell, Camp Nou, məşhur La Rambla küçəsi və sair tikililər, Gaudi, Picasso, Dali kimi adlar şəhərin artan qlobal populyarlığının başlıca amillərindəndir. Vicky Christina Barcelona və Auberge Espagnol filmlərini də ağlınızda saxlaya bilərsiniz hansı ki, şəhər bir çoxlarının fikirləşdiyi kimi romantik cazibədarlıqdan həqiqətdə uzaq deyil.

Yəni məsələ nədir ?

Şəhərin rəsmi dilləri ispan və katalan dilləridir. İspaniyanın digər şəhərləri ilə müqayisədə Barselonada ən azı bir xarici dili danışan yerliləri tapmaq daha realdır. Siz əgər ispan dilini öyrənmək istəyirsinizsə Barselonada bunu çox rahatlıqla edə bilərsiniz. Yerlilər adətən xaricilərlə ispan dilində danışırlar və siz katalan dilini də öyrənməyə cəhd edərsənizsə bu dəfə yerli sakinlərin sizə qarşı xüsusi simpatiyasını hiss edə bilərsiniz.

Potensial problemlər :

Ancaq katalan dilli mühitdə olduğunuz zaman aranızda sosial – mədəni bariyer ola bilər, çünki bu zaman öz aralarında ispan diliylə müqayisədə katalanca danışacaqlar.

İşarə, məhsul etiketləri və internet səhifələrinin hamısı katalan dilində və ya katalan və ispan dilində olacaqdır.

Bir çox KİV-lər (televiziya, radio) katalan, həmçinin ispan dilində də yayımlanır.

Təhsil alacağınız ispan dili proqramlarına gəlincəysə bu hər bir dil kursunun təqdim etdiyi proqrama uyğun olaraq dəyişir. Ümumilikdə isə kurslar tərəfindən tələbənin visa proseduruna köməklik göstərilir, təhsil müddəti tələbənin öyrənmək istədiyi dil səviyyəsindən asılı olaraq 1 aydan 1 ilə qədər davam edə bilər və təhsil almaq üçün ilin müəyyən ayını gözləməyə ehtiyac yoxdur, istədiyiniz zaman kursla əlaqə saxlayıb qeydiyyat məsələlərini yekunlaşdırıb ispan dilini öyrənməyə başlaya bilərsiniz.

Aşağıdakı forumu ətraflı doldurmaqla siz ASB tərəfindən qısa zamanda müraciətinizə cavab alacaqsınız :