
SƏDR
Kərimov Kərim
Email: [email protected]
Kərimov Kərim 2010-cu ildə Bakı Özəl Türk Liseyində orta təhsilini başa vuraraq, eyni ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 2014-cü ildə BDU’nun Hüqüq fakültəsindən məzun olaraq, İspaniya Krallığının Barselona şəhərində yerləşən Barselona Universiteti’nin “Beynəlxalq İqtisadi Hüqüq və Siyasət” ixtisası üzrə magistr təhsilinə başlayıb, 2015-ci ildə sözügedən təhsil proqramını uğurla başa vurmuşdur.
Müyyən dövrlərdə Bakı şəhəri Binəqədi Prokurorluğunda, Nərimanov rayon İcra Hakimiyyətində və Nizami rayon məhkəməsində təcrübə proqramında iştirak etmişdir. İctimai fəaliyyətə Bakı Dövlət Universitetinin Debat Klubunda debatçı olaraq başlamış, 2012-2014’cü illərdə həmin Debat Klubun sədri vəzifəsində fəaliyyət göstərmişdir. O, avropanın ən böyük hüquq tələbə təşkilatı sayılan ELSA’nın (European Law Students Association) Azərbaycan nümayəndəliyi üzrə 2013-2014’ci illərdə təşkilatın baş katibi olaraq fəaliyyət göstərmişdir.
Azərbaycanın xaricdəki diaspora fəaliyyətinin bir hissəsi olaraq, o, 2015-ci ilin fevral ayının 12-də Barselonada “Azerbaijani Society in Barcelona”nı (ASB) təsis edib və hal-hazırda həmin təşkilatın sədri vəzifəsini icra edir. Həmçinin Barselonadakı “Azərbaycan Evi”nin (Casa Azerbaiyan) rəhbəridir.