Kataloniyanın ən önəmli bayramlarından sayılan Sant Jordi günü Barselonada fəaliyyət göstərən “Azərbaycan Evi”ndə (Casa Azerbaiyán) də qeyd edilib. Belə ki, 200-dən çox Azərbaycan ədəbiyyatından ispan dilli kitab və bir o qədər gül Barselona sakinlərinə hədiyyə edilib. Sant Jordi bayramı olaraq da tanınan Müqəddəs George Günü, müxtəlif xalqlar, ölkələr, krallıqlar tərəfindən hər il qeyd edilməkdədir.
Sant Jordi gününün yaranması ilə bağlı müxtəlif versiyalar olsa da, dünyaca bilinən hekayəsi qəhrəman George obrazının bütün kəndi viran qoyan əjdahanın əlindən gözəl şəhzadəni ən sonda qutarması idi.
Sant Jordi Kataloniyanın Müqəddəs Ruhu’dur və istinad olunan hekayəsi bütün Kataloniyada çox yaxşı bilinir. Kataloniyada Sant Jordi günü Anglo-Sakson sevgililər günündəkinə bənzər bir sıra adətlərinə görə eynidir. Belə ki, gül günü (El Dia de la Rosa) və kitab günü (El Dia del Llibre) kimi də tanınan bu gündə, oğlanlar qızlara gül, qızlar isə oğlanlara kitab hədiyyə edir. Kataloniyada kitab və gül hədiyyə vermək adəti 15-ci əsrə çatır. Məsələn, 2015-ci ildə Sant Jordi günü yalnız Kataloniyada 1.5 milyon kitab satılmışdır.
UNESCO, Sant Jordi günündən qaynaqlanaraq 1995-ci il aprel ayının 23-ü günü William Shakespeare və bir neçə tanınmış yazıçının ölüm günlərinin də təsadüf etdiyi bu günü ədəbiyyat günü kimi qeyd olunmasını qəbul etdi və hal-hazırda bilinən Dünya Kitab Günü məhz bu gündən qeyd edilməyə başlanılıb.
#ASB #ASBnews #ASBevents #SantJordi #Barcelona