“Novruz – 2018”

“Novruz – 2018”

Barselonada yaşayan həmvətənlərimiz Novruz bayramını qeyd ediblər.
İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Azerbaijani Society in Barcelona” (ASB) təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 17 mart tarixində “Nido” restoranında “Novruz – 2018” adlı tədbir keçirilib. 5 saata yaxın davam edən tədbiri daha maraqlı edən isə Kataloniyada yaşayan həmvətənlərimizin bir arada olması idi.
Novruz bayramının xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan bayramlardan biri olduğunu nəzərə alaraq bu bayram Barselonada yaşayan azərbaycanlılar və ölkəmizin xarici dostlarının iştirakı ilə hər il təntənəli şəkildə qeyd olunur.
#ASBevents #Novruz2018 #Barcelona