ASB İdarə heyətinin üzvləri Gürcüstanın Barselonadakı baş konsulu ilə görüşüblər.

ASB İdarə heyətinin üzvləri Gürcüstanın Barselonadakı baş konsulu ilə görüşüblər.

“Azerbaijani Society in Barcelona” (ASB) İdarə heyətinin üzvləri Kərim Kərimov və Rüstəm Şirəlizadə, “Barselona Vəkillər Kollegiyası”nın üzvü, hüquqşünas Javier Medina Ortiz Gürcüstanın Barselonadakı baş konsulu xanım Ketevan Gogolashvili ilə görüşüblər.

Baş tutan görüşün əsas məqsədi yanvar ayının 20-də Gürcüstanın Axalkalaki vilayətində Azərbaycan ərazi bütövlüyünün pozulmasında iştirak etmiş “kobra” ləqəbli erməni Mixail Avaqyana qoyulan heykəlin Barselonada o cümlədən İspaniyada yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğunu ifadə etmək olub.

ASB üzvləri həmçinin onu da qeyd ediblər ki, ötən 28 il ərzində Azərbaycan və Gürcüstan xalqları tarixin müxtəlif sınaqlarında daima bir-birinin yanında olub, bir-birilərinin tarixi və mədəniyyətinə qarşılıqlı olaraq böyük hörmət göstərmişlər. Tbilisi və Bakı strateji partnyorluğu isə hər il daha da güclənməkdədir. Azərbaycanda 20 yanvar faciəsinin anım günündə, Xocalı soyqırımı qatilinin heykəlinin Gürcüstan ərazisində ucaldılması isə ölkər arasında yaxın dostluq əlaqələrini təhlükə altına alır, həmçinin Gürcüstanın Dağlıq Qarabağ konfliktində neytrallığını pozur və Cənubi Qafqaz bölgəsində ümumi stabilliyinin qorunmasında Gürcüstanın mövqeyini zəiflədir.

Cənab Javier Medina Ortiz, İspaniyanın Azərbaycan ərazi bütövlüyünə həmişə hörmətlə yanaşdığına diqqət çəkərək, sözügedən heykəlin Gürcüstan dövlətinin qərarı ilə tezliklə götürüləcəyinə və bununla da Gürcüstanın bölgədə stabilliyin tənzimləsində maraqlı olduğunu göstərəcəyinə inandığını qeyd edib.

Xanım konsul öz növbəsində bildirib ki, İspaniyada yaşayan azərbaycanlılarının bu məsələ ətrafında haqqlı olaraq həssaslığını qəbul edir və ölkəsinin Xarici İşlər Nazirliyinə bu haqda tezliklə bildirəcək. Həmçinin xanım konsul qeyd edib ki, ermənilərin sayca üstünlük təşkil etdiyi Axalkalakinin Buqaşen qəsəbəsindəki heykəlin açılışında Ermənistanın Gürcüstandakı səfiri və digər erməni əsilli gürcü rəsmilərinin də iştirakı sözügedən məsələni provokativ xarakterini göstərir və bu Gürcüstan dövlətinin rəsmi maraqlarını ifadə etmir. Yaranmış situatsiya çox dərinləşmədən ölkəsinin bu məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacağını və bu kimi hadisələrin Gürcüstan-Azərbaycan arasında dərin dostluq münasibətlərinə əsaslanan birliyinə zərbə vura bilməyəcəyini əlavə edib.

Konsul Ketevan Gogolashvili görüş zamanı həmçinin Barselonada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatının aktiv fəaliyyət göstərməsini çox müsbət qarşılayıb və növbəti ASB tədbirlərində məmuniyyətlə iştirak edəcəklərini bildirib, həmçinin Barselonada yaşayan azərbaycanlıların da Gürcüstan konsuluğu tərəfindən mütəmadi olaraq təşkil etdikləri müxtəlif tədbirlərdə yaxından iştirak etməyə dəvət edib. Konsulluqlarının sayına görə dünyada 2-ci şəhər sayılan Barselonada hələ də rəsmi olaraq Azərbaycan Konsulluğunun və ya Azərbaycanın dövlət maraqlarını təmsil edən hər hansı bir fəxri konsulunun olmamasını təəssüflə qeyd edən xanım konsul tezliklə Barselonada rəsmi səviyyədə əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd edib. Barselonada Gürcüstan və Türkiyə Konsulluqlarının inzibati cəhətdən eyni binada fəaliyyət göstərməsini qeyd edən xanım konsul, ölkəsinin Türkiyə dövləti ilə də münasibətlərə xüsusi önəm verdiyini bildirib.

Son da isə ASB olaraq Gürcüstanın Barselonadakı Konsulluğuna və həmçinin səmərəli görüşə görə şəxsən xanım konsul Ketevan Gogolashiviliyə təşəkkürümüzü bildiririk və inanırıq ki, Gürcüstan dövləti sözügedən heykəlin götürülməsi ilə bağlı lazımı qərarı tezliklə açıqlayacaq.

Həmçinin ASB olaraq, cənab Javier Medina Ortizə Azərbaycanın dövlət maraqlarını Kataloniyada həmişə ən yaxşı şəkildə təmsil etməyimizdə göstərmiş olduğu əsaslı dəstəyə görə təşəkkür edirik.

#ASB #ASBmeetings #Barcelona