“Azerbaijani Society in Barcelona” (ASB) fəaliyyətə başlamasının 3 illiyini qeyd edir. Bu münasibətlə əlaqədar keçirilən tədbirdə ASB’nin aktiv üzvləri yaxından iştirak ediblər.
Tədbir moderatoru Çiçək Zalova ASB’nin bu 3 ildəki fəaliyyəti haqqında iştirakçılara qısa məlumat verib daha sonra ASB sədri Kərim Kərimov, Barselona Vəkillər Kollegiyasının üzvü Francisco Javier Medina Ortiz, Opportunity Network şirkətinin idarə heyətinin üzvü Nizami Namazov və Barselonadakı Türk Konsulluğunun rəsmi nümayəndəsi Evren Çubukçunun çıxışları ilə tədbir davam edib. Həmçinin Azərbaycanın İspaniyadakı Səfiri Anar Məhhərəmovun 3 illiklə əlaqədar tədbir iştirakçılarına ünvanlamış olduğu təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə ASB-nin 3 illik fəaliyyti ilə bağlı kiçik video-çarx da nümayiş etdirilib ki, ASB səhifəsinin üzvləri üçün bu video növbəti saatlarda səhifəmizə yerləşdiriləcək.
ASB komandası olaraq bu 3 il ərzində həmişə yanımızda olan Barselonada yaşayan həmyerlilərimizə və ölkəmizin xarici dostlarına, o cümlədən Azəbaycanda yaşayan daimi izləyicilərimizə və həmçinin əməkdaşlıq etdiyimiz digər qurum və təşkilatlara təşəkkürümüzü bildiririk! Növbəti ildə də uğurlarımızın davamlı olacağına inanırıq!
#ASB #ASBBarcelona #3rdanniversary