Dekabrın 10-da “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı ilə Barselona şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə İspaniya Konqresinin deputatları, İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, ölkə ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və Barselona şəhərindəki Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Daha sonra tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində “Sonsuzluğa gedən yol” sənədli filmi nümayiş etdirilib.