Artıq bir neçə gün əvvəlcədən məlum idi ki, 31 Mart tarixində Barselona şəhərində bir qrup erməni təşkilatı vasitəsilə “Los héroes de la guerra de Artsakh” (Qarabağ müharibəsi qəhrəmanları) adlı qərəzli və təxribat xarakterli konsertin keçirilməsi nəzərdə tutulurdu. Bununla əlaqədar, İspaniyada yaşayan həmyerlilərimizi bir araya gəlib tədbir məkanının qarşısında etiraz aksiyası keçirərək erməni təxribatına qarşı haqlı mövqeyimizi bir daha nümayiş etdiriblər.
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Barselonada yaşayan həmyerlilərimizlə bərabər İspaniyanın digər vilayətlərindən gələn azərbaycanlılar da iştirak ediblər.
Etiraz aksiyasında ispan dilində yazılmış “Qarabağ Azərbaycanın döyünən ürəyidir”, “31 Mart – Azərbaycanlıların soyqırımı günüdür” pankartları nümayiş etdirilib.
Tədbir keçirilən məkanın qarşısında say nisbətində ermənilərin dəfələrcə çox olmasına baxmayaraq aksiyada iştirak edən azərbaycanlılar heç nədən çəkinmədən sonadək etiraz aksiyasını davam etdirdilər.
Belə önəmli gündə heç nəyə baxmayaraq bir araya gəlib, birlikdə daha güclü olduğumuzu nümayiş etdirən hər bir həmyerlimizə təşəkkür edirik.
#ASB #ASBevents #Barcelona #31March