İspaniyanın Barselona şəhərində “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycanın Respublika Günü– 101 il” adlı tədbir baş tutub. Tədbirdə Azərbaycan icmasının Barselonadakı dostları, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov və Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etiyi nümayəndə heyəti iştirak etmişdir. Tədbirdən sonra Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı maraqlandıran sualları cavablandırmışdır.