Barselonadakı Azərbaycanlılar Cəmiyyəti (ASB) Xocalı Soyqrımı şəhidlərinin 24-cü il anım günü münasibətilə, 26 fevral tarixində Plaça de Carles Pi i Sunyerdə fləşmob keçirib. Keçirilən aksiya zamanı Barselonada yaşayan azərbaycanlılar və tələbələr yerli əhalinin və turistlərin diqqətini Xocalı soyqırımına cəlb ediblər. Aksiyaya maraq göstərən insanlara ingilis və ispan dillərində hazırlanmış bukletlər paylanılıb, onlara Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib.
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin nümayəndəsi keçirilən fləşmob haqqında bildirib ki, bəzən faciələri, dərdləri sükut sözlərdən daha yaxşı izah edir ona görə Xocalı kimi tarixi faciəmizi susaraq dünyaya bir daha elan etdik.
<img class=”alignnone size-medium wp-image-1041″ src=”https://azsocietybcn.org/wp-content/uploads/2018/06/1-300×225.jpg” alt=”” width=”300″ height=”225″ /><img class=”alignnone size-medium wp-image-1042″ src=”https://azsocietybcn.org/wp-content/uploads/2018/06/2-300×225.jpg” alt=”” width=”300″ height=”225″ /><img class=”alignnone size-medium wp-image-1043″ src=”https://azsocietybcn.org/wp-content/uploads/2018/06/3-300×225.jpg” alt=”” width=”300″ height=”225″ /><img class=”alignnone size-medium wp-image-1044″ src=”https://azsocietybcn.org/wp-content/uploads/2018/06/4-300×225.jpg” alt=”” width=”300″ height=”225″ />