[28-Jun-2022 01:17:19 America/New_York] PHP Fatal error: Uncaught Error: Call to undefined function add_action() in /home/azsocietybcn/public_html/wp-content/themes/citygov/fw/core/support.post.php:11 Stack trace: #0 {main} thrown in /home/azsocietybcn/public_html/wp-content/themes/citygov/fw/core/support.post.php on line 11 ASB üzvlərinin Kataloniya Ali Məhkəməsində (‬Tribunal Superior de Justícia de Catalunya, TSJC) ‪görüşü baş tutub.‬ – Barselona Azərbaycan Cəmiyyəti

ASB üzvlərinin Kataloniya Ali Məhkəməsində (‬Tribunal Superior de Justícia de Catalunya, TSJC) ‪görüşü baş tutub.‬

ASB üzvlərinin Kataloniya Ali Məhkəməsində (‬Tribunal Superior de Justícia de Catalunya, TSJC) ‪görüşü baş tutub.‬

“Azerbaijani Society in Barcelona”nın t‪əşkilatçılığı ilə keçirilən görüşdə Barselona Vilayət Məhkəməsinin Sədri Antonio Recio Córdova (Presidente de la Audiencia Provincial de Barcelona) və Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz (Ilustre Colegio de Abogados de Barcelona) iştirakçıları sözügedən mərkəzlə yaxından tanış edərək, Ali Məhkəmənin iş prinsipi və burada baş tutan məhkəmə prosesləri haqqında ətraflı məlumatlandırıblar.‬

‪Qeyd edək ki, vətəndaşın İspaniya Ali Məhkəməsinə və ya Avropa ‬Ə‪dalət Məhkəməsinə apellyasiya vermək hüququ olsa da, Kataloniya Ali Məhkəməsi Kataloniyada sonuncu apellyasiya məhkəməsi sayılır.‬

‪ASB olaraq öz növbəmizdə bu görüşdə iştirak edən üzvlərimizə həmçinin Xavier Medina Ortizə və görüşün baş tutmasına icazə verən və şəxsən özü də iştirak edən Antonio Recio Córdovaya təşəkkürümüzü bildiririk.‬

‪#ASB #ASBevents #PalacioDeJusticia #SupremeCourtCatalunya ‬