“Əli və Nino” filmi Barselonada nümayiş etdirilib.

“Əli və Nino” filmi Barselonada nümayiş etdirilib.

“Əli və Nino” filmi Barselonada nümayiş etdirilib.

“Azerbaijani Society in Barcelona” (ASB) təşkilatçılığı ilə baş tutan film gecəsində Barselonada yaşayan azərbaycanlılar və həmçinin burada yaşayan ölkəmizin xarici dostları iştirak ediblər.

ASB üzvü Nizami Namazov filmin nümayişindən əvvəl qonaqlara filmin ərsəyə gəlməsi və filmdə cərəyan edən hadisələr haqqında qısa məlumat verərək qeyd edib ki, layihənin rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Akademy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər. Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Film sonrası fikrini bölüşən qonaqlar, Azərbaycanla bağlı ilk dəfə film izlədiklərini və tariximizə, mədəniyyətimizə heyran olduqlarını dilə gətiriblər.

Tədbirə dəvət olunmuş qonaqların film haqqında fikirlərini aşağıdakı link vasitəsilə video çarxda izliyə bilərsiniz.

Thank you all for coming yesterday! It is always nice to meet with new people at ASB events! See you soon on our upcoming occasions!🎬 #AliandNino #AdamBakri #MariaValverdeGracias a todos por venir ayer! Siempre es bueno conocer gente nueva en los eventos de ASB! Hasta pronto en nuestras próximas ocasiones!📽 #ASB #movienight #ASBeventsDünən gəldiyiniz üçün hamınıza təşəkkür edirik! ASB tədbirlərində yeni insanlarla tanış olmaq həmişə gözəldir!“Əli və Nino” filmi haqqında qısa məlumat: Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.Layihənin rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Akademy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.#Barcelona #bcnevents

Posted by Azerbaijani Society in Barcelona – ASB on Thursday, April 25, 2019