“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin “FC Barcelona” futbol klubuna rəsmi ziyarəti baş tutub.
Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı həmçinin ölkəmizin İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, FC Barcelona İdarə Heyəti üzvü Juan Manuel Trayter, Barselonadakı Azərbaycan icmasının yaxın dostu hüquqşünas Javier Medina Ortiz və ASB sədri Kərim Kərimov da iştirak ediblər.
FC Barcelona muzeyinin direktoru Jordi Penas qonaqlara FC Barcelona haqqında geniş məlumat verərək onları avropanın ən böyük stadionu olan Camp Nou ilə yaxından tanış edib.