Barselona metrosunda Azərbaycanla bağlı məlumatlandırıcı bilbordlar quraşdırılıb.
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin (ASB) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İspaniyanın Barselona şəhərindəki metronun müxtəlif platformalarında 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.
Lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib. Lövhələrdə məlumatlar işğaldan azad olunmuş torparlarımızın, Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.
Qeyd edək ki, hər gün 10 minlərlə insanın istifadə etdiyi Barselona metrosunda Barselona Metropolitanının əvvəlcədən müəyyənləşdirdiyi cədvəl üzrə yerləşdirilən bilbordlar 1 ay müddətində qalacaqdır.