Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri

Barselonada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İspaniyanın Barselona şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Mərasim Xocalı soyqırımı qurbanlarının və həmçinin son günlərdə Türkiyə və Suriyadakı dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 31 il öncə dinc azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr olunmuş sənədli film nümayiş edilib.

Tədbirdə çıxış edən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin üzvü Nizami Namazov XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konsert proqramı ilə davam edən tədbirdə Macarıstanda yaşayan həmyerlimiz, çox istedadlı kamança ifaçısı, Fərid Qənbərli  və Kataloniya orkestri çıxış edib. Musiqiçilərin ifasında Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.

Tədbir çərçivəsində Xocalı soyqrımı həqiqətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

#JusticeForKhojaly #Khojalygenocide #VictoriousAzerbaijaniHeroes #ASBBarcelona #CasaAzerbaiyan