ASB sədri İstanbul şəhərində keçirilən Forumda iştirak edib.

ASB sədri İstanbul şəhərində keçirilən Forumda iştirak edib.

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimov bu günlərdə Türkiyənin İstanbul şəhərində keçirilən xaricdə fəaliyyət göstərən 20-ə yaxın ölkənin gənclər təşkilatları rəhbərlərinin birgə Forumunda iştirak edib. Forum iştirakçılarına ASB-nin son ildəki fəaliyyəti haqqında ətraflı məlum verən ASB rəhbəri, keçirilən İstanbul Forumunun əhəmiyyətini qeyd edərək digər ölkələrdə fəaliyyət göstərən təşkilatlarla gələcəkdə ortaq layihələrin keçirilməsinə ASB olaraq daima açıq olduğunu da bildirib.
Forum çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Türkiyənin Sənaye və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Yavuz Fəttahoğlu, Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, İNDEX-in baş katibi Əli Məmmədov, “İrəli” İctimai Birliyinin sədri, “Xaricdən milli baxış” layihəsinin ideya müəllifi Mirhəsən Seyidovun çıxışları dinlənilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, İrəli İB-nin təşkilatçılığı ilə mart ayının 4-ü başlayan İstanbul Forumu öz işini 8 mart tarixində yekunlaşdıracaq.