Barselonada “Novruz – 2016” adlı tədbir keçirilib.

Barselonada “Novruz – 2016” adlı tədbir keçirilib.

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 19 mart tarixində  “Novruz – 2016” adlı tədbir keçirilib.

Azərbaycan xalq mahnıları ilə yanaşı milli rəqslərimizin nümayiş etdirilməsi tədbiri yaddaqalan edib. 5 saata yaxın davam edən tədbiri daha maraqlı edən isə xaricdə yaşayan həmvətənlərimizin bir arada olması idi. Novruz bayramının xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan bayramlardan biri olduğunu nəzərə alaraq bu bayram Barselonada yaşayan azərbaycanlılar və ölkəmizin xarici dostlarının iştirakı ilə bu ildə təntənəli şəkildə qeyd olunur.