Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb.

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb.

İyun ayının 3-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb. Prezident İlham Əliyev qurultayın açılış mərasimində nitq söyləyib. Qurultayın rəsmi açılışından sonra diaspor təşkilatlarının, qurultay nümayəndələrinin panel müzakirələri keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib. “Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Xatırladaq ki, 49 ölkədən 500-dən çox diaspor nümayəndəsinin və qonaqların iştirak etdiyi qurultayda Azərbaycanın İspaniyadakı diasporasını “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov və Madrid nümayəndəliyindən Teymur Əliyev təmsil edirdi.